“Səbail” futbolçusu Bahadur Həziyevin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.  22 yaşlı yarımmüdafiəçiyə azad agent statusu verilib. Klub oyunçuya təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.

“Sabah” klubundan ayrılan Ulis Dialonun yenidən Azərbaycanda oynamaq variantı alınmayıb. Belə ki, malidən olan hücumçu “Səbail”in maraq dairəsinə düşüb. Tərəflər arasında danışıqlar baş tutsa da, transfer alınmayıb. Paytaxt klubunun təklif etdiyi maliyyə şərtləri Dialonu razı salmadığı üçün o, ölkəmizi tərk etməli olub.